Azərbaycanda rekord Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı


Digərləri 15 May 2018 18:42:00 394 0

Azərbaycanda rekord   Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı

Xəbər verdiyimiz kimi ötən həftənin şənbə günü, mayın 12-də tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun "Abaddon" adlı yeni psixoloji detektiv romanı işıq üzü görüb. Lakin kitab nəşr olunandan sonra cəmi bir neçə saat ərzində tamamilə satılaraq qurtarıb.

Son.az xəbər verir ki, "Abaddon"un ilkin nəşri topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Əvvəlcədən onlayn qaydada sifariş edən alıcıların kitabları isə tədricən ünvanlarına çatdırılır.

Kitabın çap olunduğu nəşriyyatdan Son.az-a verilən məlumata görə, oxucuların "Abaddon"a olan hədsiz marağını qarşılamaq və onların mövcud tələbatını ödəmək üçün yaxın günlərdə roman ikinci dəfə təkrar nəşr olunacaq və dərhal da satışa çıxarılacaq. Qeyd edək ki, Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanının ilk nəşri cəmi iki həftə ərzində tükənməsi ilə vaxtilə bir rekord qeydə alınmışdı. Lakin "Abaddon"un cəmi bir günə, hətta bir neçə saata satılması ilə müəllif öz rekordunu yeniləyib.

Rövşən Abdullaoğludan psixoloji detektiv janrında yeni roman - “Abaddon” - FOTO Xatırladaq ki, əsərlərində ən müxtəlif mövzulardan bəhs etməklə oxucuların böyük marağını cəlb edən R.Abdullaoğlu bu dəfə detektiv janrına müraciət edib. Romanda hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.