“Miss Caspian 2018” gözəllik yarışmasının qalibləri bilindi
Digərləri 15 May 2018 18:24:00 441 0
"High Life Academy" və "ABA Event Group" birgə təşkilatçılığı ilə "Miss Caspian 2018" gözəllik yarışmasının qalibləri bəlli olub.
Keçirilən final gecəsində qaliblər münsiflər, tamaşaçılar və sosial şəbəkə istifadəçilərinin səsverməsi əsasında müəyyənləşib.
Münsiflər heyətində yerli və xarici moda nümayəndələri olaraq, layihənin beynəlxalq direktoru Aqil Məmiyev, "High Life Academy"nin prezidenti Mübariz Allahverdizadə, Formula 1 Azərbaycan Qran Prisinin beynəlxalq kordinatoru Sair İsgəndərov, dizayner Gunel Behbudova, "Most" Magazine redaktoru Elçin Əmirov, rejissor və fotoqraf Cəlal Kəngərli, vizajist Günəş Nur, "Best Model of Russia" 2017 Anna Qranovskaya, Ukraynali model ve aparıcı Anastasia Lenna, "Best Model of Georgia" 2014 Nini Gridzelişvili, aparici Samir Bayramli, stilist Nisə Əzizova, vizajist Səxavət Bayramova, "Best Model of Azerbaijan" 2016 Yusif Cəfərli , və s şəxslər yer aliblar.
Həmçinin gecədə həmçinin "Azerbaijan Runway" adlı moda şousuda baş tutub 6 yerli dizayner Xatirə Baharova, Fidan Rzayeva, Rena Muslumova, Aynur Aliyeva, Sevinc Qurbanova, Rufina Memmedova öz geyim kolleksiyalarını təqdim edib.