Dövlət Komitəsi: Ramazan ayında saxta təqvimlərlə bağlı bütün hüquqi tədbirlər görüləcək


Digərləri 15 May 2018 18:06:43 214 0

Dövlət Komitəsi: Ramazan ayında saxta təqvimlərlə bağlı bütün hüquqi tədbirlər görüləcək

Cəlilabadda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm” mövzusunda seminar-treninq keçirilib.

Bakı. Elçin Mehdiyev - Ramazan ayında saxta təqvimlərin haradasa tətbiq olunduğu aşkar edilərsə, hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Cəlilabadda keçirilən seminar zamanı deyib. S.Heydərov Ramazan ayının başlanması münasibətilə seminar-müşavirə iştirakçılarını təbrik edərək deyib ki, Ramazan ayı birlik və vəhdət ayıdır. Bu ayda bütün müsəlmanlar birləşməli və Ramazan ayının fəzilətindən faydalanmalıdırlar: “Müəyyən qüvvələr bu ayda da parçalamaq, bölmək və təfriqə yoluna üz tuturlar və saxta təqvimlərin yayılmasına cəhd edirlər. Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı dini baxımdan bütün zəruri tədbirləri görür. DQİDK bununla əlaqədar Ramazan ayı ərzində ölkə üzrə məscidlərdə mütəmadi monitorinqlər təşkil edəcək. Bu saxta təqvimlərin haradasa tətbiq olunduğu aşkar edilərsə, hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək”".