Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq


Digərləri 15 May 2018 17:56:00 220 0

Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq. Onun sözlərinə görə, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid əlavə edib ki, Komissiyanın bügünkü iclasında həmçinin əcnəbilərin müraciətlərinə baxılıb.