Siyəzəndə ağır qəza:


Digərləri 15 May 2018 17:47:00 254 0

Siyəzəndə ağır qəza:

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində qeydə alınıb.

Yolda hərəkətdə olan "Tofaş" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan bir sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə ağır xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 26 yaşlı Qəniyev Seymur Nadirşah oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb.

Həsənpaşa İsgəndərov (hadisə şahidi): "Maşın sınıb qalmışdı. Nişan da qoymuşdu ki, bilsinlər. "Tofaş" sağla gəlib maşınları keçmək istəyəndə, "uspet" edə bilməyib dəmirlərə dəydi. Dəmirlərdən də çıxıb "Kamaz"a girdi".


Xəbərə aid fotolar