Azərbaycan Milli Kulinariya komandasının “Super Sun”la birgə növbəti uğuru (FOTO)


Digərləri 15 May 2018 17:15:00 242 0

Azərbaycan Milli Kulinariya komandasının “Super Sun”la birgə növbəti uğuru (FOTO)

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komanda Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.

Bakı. Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komanda Sloveniyanın Krajinska Gora şəhərində III Beynəlxalq Kulinariya Çempionatında iştirak edib. “Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, təşkil edilmmiş kulinariya çempionatında uğurla çıxış edən aşpazlarımız, 2 qızıl, 3 gümüş medal qazanıblar. Burda müxtəlif siniflər üzrə təşkil edilmiş və 15 ölkənin qatıldığı yarışda 400-dən çox aşpaz iştirak edib.