Ali məktəbə qəbulla bağlı yeni


Digərləri 15 May 2018 17:09:00 293 0

Ali məktəbə qəbulla bağlı yeni

Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.