Sağkən özlərinə qəbir qazdıranlar... VİDEO FOTO


Digərləri 15 May 2018 16:48:00 311 0

Sağkən özlərinə qəbir qazdıranlar...  VİDEO  FOTO

Sağikən özlərinə məzar qazdıranların sayı getdikcə artır. Belə hallara paytaxtın əksər qəbiristanlıqlarında rast gəlmək mümkündür.

Son.az ARB 24-ə istinadla xəbər verir ki, ictimaiyyət isə bu məsələyə birmənalı yanaşmır.

Məhəmməd Zuftarov - sakin: "Ölməzdən öncə qəbir düzəltdirməyə normal baxmıram. Bu düzgün deyil".

Fərrux Əmirov - sakin: "Kiminsə pulu var, eləyir. Yaxınının, qohumlarının pulu olmaya bilər əvvəlcədən eləyir. Yaxşı bir şeydi əslində".

Ceyhun Abışov - sakin: "Bir nəfər ölməzdən öncə özünə kəfən ala bilər. Amma qəbir daşıdı, bu kimi şeylərə mən düzgün baxmıram".

Yasamal qəbiristanlığında dəbdəbəli görünüşü olan qəbirin sahibi də diri ikən özünə məzar qazdıranlardandır. Baş daşına doğum tarixini, yəni 1934-cü il yazdıran qadın ölüm tarixinin yerini boş saxlayıb. Ondan 5-10 metr kənarda daha bir məzar sahibinin yolunu gözləyir. Lakin diqqət çəkməmək üçün məzar parçayla bükülüb. Görəsən, belə hallar şəriətdə necə qəbul olunur? 

Hacı Ağasəid Yaqubov - QMİ əməkdaşı: "İnsanların ölümlərindən əvvəl hər hansı bir yerdə yer seçmələri qəbul olunmur. Təbii ki, bu bir neçə insan tərəfindən həyata keçirilir, digərləri də buna təşviq olunur. Amma İslam baxımından bu bir adət deyil. İnsanların öz adətidir bu".

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı bildirdi ki, diriikən insanın özünə torpaq götürüb qəbir qazdırması şəriətdə ona görə haram sayılır ki, insanın harada ölüb, harada dəfn edildiyini əvvəldən müəyyən etmək mümkün deyil. Digər tərəfdən isə insan yalnız dünyasını dəyişəndən sonra onun adına yer götürülə bilər. Çünki insan haqq dünyasına qovuşduqdan sonra onun torpaqda dəfn edilməyə haqqı çatır. Bildirir ki, diri insanın özünə qəbir qazdırmasını dəfn və kəfən pulları ilə qarışıq salmaq olmaz. Çünki şəriətdə bu, qəbul edilir və buyrulur ki, belə xərclər ölən şəxsin öz mirasından ayrılmalıdır.

Paytaxtda dəbdəbəli qəbirlər də az deyil...

Ekspertlər deyir ki, təcrübədə belə məzarları yalnız tarixi şəxsiyyətlər üçün ucaldırdılar. Bunu sıravi insanlara şamil etmək isə doğru deyil. 


Xəbərə aid fotolar