Ali məktəbə qəbulla bağlı yeni TƏKLİFLƏR


Digərləri 15 May 2018 16:46:00 228 0

Ali məktəbə qəbulla bağlı yeni TƏKLİFLƏR

Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.