Vyanada azərbaycanlı ərarvad 7 yaşlı çeçen qızın qətlində şübhəli bilinir FOTO


Kriminal 15 May 2018 16:38:00 390 0

Vyanada azərbaycanlı ərarvad 7 yaşlı çeçen qızın qətlində şübhəli bilinir  FOTO

Vyanada 7 yaşlı çeçen qızın qəddarcasına qətlə yetirilməsi bütün Avstriyanı silkələyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, ölkənin bütün xəbər telekanalları bu dəhşətli cinayət barədə reportajlar verir. Qızı qətlə yetirməkdə şübhəli bilinənlər isə onunla qonşuluqda yaşayan azərbaycanlı ər-arvaddır. Hazırda onlar şübhəli qismində saxlanılıb.

Vyana polisinin mətbuat xidməti bildirib ki, hazırda 7 yaşlı Hadiştin qətlində şübhəli bilinənlər dindirilir. Onların adları açıqlanmır, amma bildirilir ki, Azərbaycandan olan ailənin iki yetkinlik yaşına çatmayan uşağı var. Şübhəlilərin mənzilində axtarış aparılıb, mənzil möhürlənib.

Hadişt mayın 11-də yoxa çıxıb. Ertəsi gün onun cəsədini zibil konteynerində aşkarlayıblar, uşağın kürəyindən endirilən bıçaq zərbəsi ilə öldürüldüyü məlum olub. Qəddar və mənasız cinayət Avstriya sakinlərini şoka salıb. İnsanlar onun yaşadığı evin qarşısında şamlar, oyuncaqlar və güllər düzür.

Uşağın anası Zarema yerli telekanallardan birinə bildirib ki, bu cinayəti törədənlər onlarla bir həyətdə yaşayır. Alman dilində sərbəst danışan qadın deyir ki, övladının qətlə yetirilməsinin səbəbini anlamır, göz yaşları içərisində deyir: "Kim bizə bu qədər nifrət edə bilərdi ki, onu qətlə yetirsin?"


Xəbərə aid fotolar