Evdə tək olan qadını soyan gənc və əmisinin


Kriminal 15 May 2018 15:50:00 284 0

Evdə tək olan qadını soyan gənc və əmisinin

Ucarda quldurluq edən əmi və qardaşı oğlu tutulub. Son.az-ın ARB TV-yə xəbər verir ki, 17 mart 2018-ci il tarixində rayonun Müsüslü kənd sakini olan qadın səhər saatlarında evdə tək olarkən iki naməlum maskalı şəxsin içəri daxil olaraq şərflə onun əl-ayağını bağladıqdan sonra 1000 manat dəyərində qızıl-zinət əşyaları və 41 manat pulunu götürərək evi tərk etmələri barədə şöbəyə məlumat verib. Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin həmkəndliləri Rəcəb Hüseynov və onun qardaşı oğlu Anar Hüseynov tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı hər ikisi çirkin əməllərini etiraf edib və hadisə yerində istifadə olunan şərf maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar