Cənubi Koreyada gəmi partladı


Dünya 15 May 2018 15:54:00 237 0

Cənubi Koreyada gəmi partladı

Texniki baxış keçmək üçün Cənubi Koreyanın Kamçxon limanında dayanmış balıqçı gəmisində partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb. Yaralılardan 9 nəfərin ağır yanıq xəsarətləri aldığı bildirilir.

Məlumata görə, partlayış baş verən zaman gəmidə qaynaq işləri aparılırmış.