Müəllim məktəb direktorunu döydü


Digərləri 15 May 2018 15:45:00 253 0

Müəllim məktəb direktorunu döydü

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.