Elmar Məmmədyarovun Parisdə ATƏTin Minsk qrupu həmsədrləri ilə görüşü başladı


Siyasət 15 May 2018 14:41:00 264 0

Elmar Məmmədyarovun Parisdə ATƏTin Minsk qrupu həmsədrləri ilə görüşü başladı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində qeyd edib.

Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.