Mayın 19dək müşahidə olunacaq HAVA


Digərləri 15 May 2018 14:44:00 274 0

Mayın 19dək müşahidə olunacaq HAVA

May ayının 19-dək ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti günlərdə günün birinci yarısında, əsasən də dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur: "Havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir. Temperatur Bakıda və Abşeron yarımadasında 23-28, Mərkəzi Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-18 dərəcə arasında dəyişəcək".