10 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac (FOTO)


Digərləri 15 May 2018 14:43:00 219 0

10 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsinin mayın 15-də keçirilən özəlləşdirmə hərracında 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsinin mayın 15-də keçirilən özəlləşdirmə hərracında 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib. Komitədən Trend-ə verilən məlumata görə, hərracda ehtiyat hissələrinin satışını həyata keçirmək üçün mağaza özəlləşdirilib. Bərdə şəhərində yerləşən həmin obyektin ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın, torpaq sahəsi isə 70 kv.m-dən çoxdur. Özəlləşmədə alıcısını tapan sərfəli əmlaklardan biri də 5 saylı avtomobillərə qazdoldurma stansiyasıdır. İnvestorlar Lənkəran şəhərində yerləşən həmin obyekti xidmət sahəsinə cəlb edə bilərlər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 80 kv.m-dən çox, torpaq sahəsi isə 8 min kv.m-ə yaxındır. Kulinariya sahəsində fəaliyyət göstərən obyektlərin sırasına biri də daxil ola bilər. Söhbət “Azərbaycan xörəkləri” kafesindən gedir. Paytaxtın Binəqədi rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 220 kv.m-dən çox, torpaq sahəsi isə 450 kv.m-ə yaxındır.