Oleq Larkov Qubada qızıl oğurladı


Kriminal 15 May 2018 14:28:00 345 0

Oleq Larkov Qubada qızıl oğurladı

Mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.