Liverpool-un müdafiəçisi bu baxımdan birinci oldu
İdman 15 May 2018 13:50:00 293 0
Liverpool-un müdafiəçisi Virqil Van Deyk Premyer Liqanın geridə qalan mövsümündə qalib gəldiyi birə-bir mübarizələrə görə fərqlənib. Goal.az xəbər verir ki, bu baxımdan hollandiyalı futbolçunun effektivlik faizi 72.3-dür. Elitada yerini qoruya bilməyən Stoke City-nin müdafiəçisi Kurt Zuma 71.9%-lə ikincidir. Sonrakı yerlərdə Yan Vertonqen (Tottenham, 67.9), Ceyms Tarkovski (Burnley, 66.7) və Camaal Lassels (Newcastle United, 66.7) qərarlaşıb.
Statistika ən azı 250 birə-bir mübarizəyə girən futbolçular nəzərə alınmaqla hazırlanıb.
Mənbə: goal.az