Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir FOTO


Digərləri 15 May 2018 13:38:00 244 0

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir  FOTO

Mayın 14-də Bakıda Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Assosiasiyasının (ITSA, International Transportation Safety Association) himayəsi altında nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası öz işinə başlayır.

Son.az xəbər verir ki, 1993-cü ildə yaradılan və indiyədək 16 araşdırma orqanından ibarət olan Assosiasiya ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Milli Komitəsi (NTSB), Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsi (CTSB), Niderlandın Təhlükəsizlik Komitəsi (DSB), İsveç, Finlandiya, Norveç, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Hindistan, Yaponiya, Tayvan, Cənubi Koreya, Fransa, Sinqapur və Dövlətlərarası Aviasiya Komitəsinin simasında "Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş"in iştirakçısı olan dövlətlərin nəqliyyat hadisələrinin araşdırma orqanlarını özündə birləşdirir.

Bu il iclasın keçirilməsi fəxri hüququnu Bakı şəhərini görüşün keçirilməsi məkanı kimi təklif edən Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi almışdır. Təklif Assosiasiyasının üzvü olan bütün dövlətlər tərəfindən məmnuniyyətlə dəstəklənmişdir.

Tədbirin ilk günü qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunu ziyarət edərək yeni aerovağzal kompleksi Terminal 1-in, "Silk Way Technics", "Silk Way Business Aviation", "Baku Cargo Terminal" və "Azəraeronaviqasiya" HHİ-nin (AZANS) fəaliyyəti ilə tanış olmuşlar.

İclasda nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində aktual mövzular, ağır hadisələrin araşdırılması nəticələri, nəqliyyatda təhlükəsizliyin artırılmasına yönələn tövsiyyələrin işlənib hazırlanması və tətbiqi, belə tövsiyələrin dövlət orqanları tərəfindən implementasiyasının monitorinqi müzakirə olunacaq.


Xəbərə aid fotolar