"Maaşa baxan adamam..."


Kriminal 15 May 2018 13:20:00 255 0

"Maaşa baxan adamam..."

Xalq artisti Ramiz Məlik Məleykə Əsədova ilə məhkəmə prosesindən danışıb.

Son.az xəbər verir ki, aktyor axşam.az-a açıqlamasında bildirib ki, qətnamə hələ verilməyib, əldə etdikdən sonra cavab verəcək:

"Qətnaməni oxuyum, sonra fikir bildirəcəm. Əgər min manat ödəmək lazımdırsa, ödəyəcəm. Amma bütöv yox, az-az... Maaşa baxan adamam, evimdə üç xəstə var. Mənim onu bütöv ödəməyə imkanım yoxdur. Onun kimi xarici ölkələrdə, bahalı yerlərdə gəzə bilmirəm. Heç bağa dincəlməyə gedə bilmirəm.

Təkzibə gəlkdikdə isə... Dəfələrlə barışığa səslədim, razılaşmadı. Hətta saytlardan birində üzr də istədim. Buna görə hamı məni qınadı. 300 min təzminat istəyib, Azərbaycanda bu qədər təzminat olub? Sosial şəbəkədə bir şəkil qoyanda hamı yüzlərlə tənqid yazır. Niyə onları məhkəməyə vermirlər?"

R.Məlik özünün də M.Əsədovanı məhkəməyə verməsindən danışıb: