ANAMA Tərtərdə əməliyyat keçirdi - Təhlükəli əşya və qurğu aşkar edilmədi (FOTO)


Digərləri 15 May 2018 13:11:00 220 0

ANAMA Tərtərdə əməliyyat keçirdi - Təhlükəli əşya və qurğu aşkar edilmədi (FOTO)

Tərtərdə 2 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat təsdiqini tapmayıb.

Bakı. Tərtərdə 2 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat təsdiqini tapmayıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, mayın 14-də saat 12:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər şəhəri, Şakir Həsənov küçəsində 2 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.