"Neymar Jr’s Five" futbol turniri Azərbaycanda


Digərləri 15 May 2018 12:53:00 237 0

"Neymar Jr’s Five" futbol turniri Azərbaycanda

Artıq üçüncü ildir ki, braziliyalı məşhur oyunçu Neymar tərəfindən təqdim edilmiş "Neymar Jr's Five" futbol turniri azərbaycanlı gənclərə də öz istedadlarını göstərməyə şərait yaradır və onlara futbolçunun vətəni Braziliyada keçiriləcək final mərhələsində iştirak etmək imkanı verir.

"Neymar Jr's Five" futbol turniri yenidən Azərbaycanda  "Neymar Jr's Five" - "beşin beşə" qlobal futbol turniridir və dünyanın hər bir tərəfindən, ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ldə turnirdə Azərbaycan da daxil olmaqla 53 ölkəni təmsil edən 100 000-dən çox oyunçu iştirak edib. Bu il yarışma daha böyük miqyasda olacaq. Artıq 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə start verilib. Bu yarışmalarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq 21 iyulda Braziliyada məşhur Praya-Qrande çimərliyində, "Projecto Neymar Jr"da üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.

Neymar Jr-un özü, bu layihənin inkişafında yaxından iştirak edir: "Mən çox şadam ki, ildən ilə bu yarışmada iştirak edən oyunçuların sayı artır, ildən ilə komandaların və iştirakçı ölkələrin sayı artır", - o, öz müsahibəsində bildirib.

Azərbaycandakı seçim mərhələləri AFFA-nın dəstəyi ilə Gəncə şəhərində 19 may, Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində baş tutacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcəkdir.

Yarışda altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər. Oyunçulardan dördü 16-25 yaş arası olmalıdır, digər ikisi isə 25 yaşdan böyük ola bilər. Qeydiyyatdan keçmək üçün -  https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olmaq lazımdır.


Xəbərə aid fotolar