Kosta-Rika dünya çempionatı üçün yekun heyəti açıqlayıb


İdman 15 May 2018 12:35:00 348 0

Kosta-Rika dünya çempionatı üçün yekun heyəti açıqlayıb

Dünya çempionatı yaxınlaşdıqca milli komandalar heyətini müəyyənləşdirməyə başlayıb. Goal.az xəbər verir ki, Kosta-Rika yığması da mundiala aparılacaq yelun heyəti açıqlayıb. Siyahıya Avropada çıxış edən Navas, Brayan Ruiz, Xoel Kempbell kimi futbolçuların adı da daxil edilib.

Qapıçılar: Keylor Navas, Patrik Pemberton, Leonel Moreyra

Müdafiəçilər: Kristian Qamboa, Yan Smit, Ronald Matarrita, Brayan Ovyedo, Oskar Duarte, Cankarlo Qonzales, Fransisko Kalvo, Kendall Uoston, Conni Akosta

Yarımmüdafiəçilər: David Qusman, Yeltsin Texeda, Selso Borxes, Rendall Azofeyfa, Rodni Uolles, Brayan Ruiz, Daniel Kolindres, Kristian Bolanyos

Hücumçular: Xoan Veneqas, Xoel Kempbell, Markos Urenya

Kosta-Rika E qrupunda Braziliya, İsveçrə və Serbiya ilə mübarizə aparacaq.