“Qaytarıb vermək fikrim var idi”


Kriminal 15 May 2018 12:30:00 271 0

“Qaytarıb vermək fikrim var idi”

Bu il aprelin 30-da DİN-in "102 Zəng Mərkəzi Xidməti"nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar nəticəsində məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən alaraq aradan çıxıb. DİN-in Baş Cinayət Axtarışı İdarəsi və ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər. Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri - şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb. Kənan Vəliyev - saxlanılan şəxs: "Şeytan aldatdı. Peşmanlığını çəkirəm. Qaytarıb vermək fikrim var idi". Faktla əlaqədar cinayət işi başlanılıb. 


Xəbərə aid foto