Azərbaycanda general vəfat etdi


Digərləri 15 May 2018 12:36:00 213 0

Azərbaycanda general vəfat etdi

Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, Ədliyyə general-mayoru Oqtay Maqsud oğlu Maqsudov vəfat edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Əməkdar hüquqşünas olan Oqtay Maqsudov 81 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Oqtay Maqsud oğlu Maqsudov 31 oktyabr 1937-ci ildə Göyçay şəhərində görkəmli ziyali Maqsud Maqsudovun ailəsində anadan olub. Oqtay Maqsudov 1954-cü ildə orta məktəbi bitirib, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilib. Azərbaycan və rus dillərini mükəmməl bilən Oqtay Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilib.  1964-cu ildə prokurorluq sisteminə qəbul olunan O. Maqsudov Xətai rayon prokurorluğunun müstəntiqi təyin olunub. 1966-cı ildən 1973-cü ilədək Azərbaycan Respublikasi Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi, daha sonra baş məsləhətçi vəzifələrində çalışıb.