Araz Abdullayev Kipr klubundan ayrıldı


İdman 15 May 2018 12:16:00 244 0

Araz Abdullayev Kipr klubundan ayrıldı

Millimizin üzvü Araz Abdullayev Anorthosis'dən ayrılıb.

Goal.az xəbər verir ki, Kipr mətbuatı klub rəhbərliyinin icarə müqaviləsi başa çatan azərbaycanlı futbolçu ilə əməkdaşlığa son qoyduğunu yazıb. Anorthosis Arazdan başqa, daha 3 futbolçu - Vladimir Qançev, Migel Palanqa və Nikola Matteu ilə də yollarını ayırıb.Qeyd edək ki, müqavilə ilə Qəbələ'yə məxsus olan Abdullayev mövsümün əvvəlində Anorthosis'ə icarəyə verilmişdi. Onun karyerasını Neftçi'də davam etdirəcəyi bildirilir.