Ramazanda Qədr gecələri nə vaxt olacaq?


Digərləri 15 May 2018 12:07:00 238 0

Ramazanda Qədr gecələri nə vaxt olacaq?

Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq.

Bakı. Elçin Mehdiyev – Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirilib. İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edəcək. Bu da iyunun 3-nə düşür. İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq. Üçüncü Qədr gecəsi iyunun 7-nə (Ramazan ayının 22-dən 23-nə keçən gecə) düşəcək.