“Mən pis təkliflərə görə Röya olmuşam?”


Şou-biznes 15 May 2018 11:45:00 270 0

“Mən pis təkliflərə görə Röya olmuşam?”

Dünən mənə bir söz dedilər. Hirsimdən  az qala həmin adamı öldürəcəkdim.  Həyatımda ikinci dəfədir belə sual verirlər. Birinci 12 il bundan əvvəl demişdilər. Mənim qohumumun yaxşı səsi var. Dedilər ki, köməklik edim, yaxşı səsi var, amma ona pis şeylər təklif edirlər. Dedim ki, "stop" elə. Siz bizim sənətimizi necə ucuzlaşdıra bilərsiz.

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında əməkdar artist Röya Ayxan deyib.  Müğənni incəsənət sahəsini ucuzlaşdıran şəxslərdən söz açıb:

"İnciməsinlər, Rəqsanənin (Rəqsanə İsmayilova), yoxsa Nadirin (Nadir Qafarzadə) sözləri ilə belə nəticəyə gəliblər? Hərənin öz yeri var. Deyirəm ki, kim təklif edib, adam adı verə bilərsən? Elə bir şey yoxdur. Kim bacarıqlıdırsa, hamısına uğurlar arzu edirəm. Bizim sənəti yerə vurmasınlar. Deməli, mən pis təkliflərə görə Röya olmuşam? Gic-gic danışırlar". 

Röya əməkdar artist Aygün Bəylər və bəstəkar Nadir Əzimovla yaşadığı məhkəmə çəkişməsinə də münasibət bildirib:


Xəbərə aid fotolar