Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət edib


Digərləri 15 May 2018 11:48:48 199 0

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Bakı. Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Trend-in məlumatına görə, Ümummilli Liderin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub. Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla, həmçinin Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşlər keçiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin