ABŞ səfirliyinin açılış mərasiminə qatılan ölkələr FOTO


Dünya 15 May 2018 11:20:00 257 0

ABŞ səfirliyinin açılış mərasiminə qatılan ölkələr  FOTO

Ötən gün ABŞ-ın İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürülüb.

Son.az Aljazeera-ə istinadla xəbər verir ki, Donald Trampın 2017-ci ilin dekabr ayında verdiyi qərardan aylar sonra səfirliyin Qüdsə məhz may ayının 14-də keçirilməsinə səbəb isə 1948-ci ilin bu günündə İsrailin müstəqilliyini elan etməsidir.

Səfirliyin açılışı zamanı 33 ölkənin diplomatik nümayəndəsi mərasimdə iştirak edib.

Qeyd edək ki, açılışa görə Qəzzada baş verən İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var. Ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. BMT baş katibi İsraili təmkinli olmağa çağırıb. Türkiyədə 3 günlük matəm elan olunub.