"O Rəşada güvənir, amma mən ..."


Şou-biznes 15 May 2018 10:50:00 352 0

"O Rəşada güvənir, amma mən ..."

Müğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılmasının təfərrüatı məlum olub.

Criminal.az saytı bu gün müğənninin xanım sponsoru Nuriyyə Əhmədovanın G.İbrahimli barəsində ''Bandotdel''ə şikayət etməsi barədə məlumat dərc edib. İş adamı  ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. 

Son.az xəbər verir ki, məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Günay İbrahimlinin mətbuat katibi yayılan xəbərlərin həqiqəti əks etdirimədiyini deyib:

"Boş söhbətdir, yalandır. Bu xəbərlərin heç bir əsası yoxdur. Günay İbrahimli hazırda Türkiyədədir, özü də bu haqda "instagram"da "story" paylaşıb. Yazılan xəbərlər boş və əsassızdır. Günay özü bu haqda açıqlama verməyəcək". 

Şikayətçi iş adamı Nuriyyə Əhmədova criminal.az saytına açıqlamasında bildirdi ki, G.İbrahimli ilə bağlı ''Bandotdel''ə şikayət etməsi dəqiqdir. Onun sözlərinə görə, Günayla bağlı Baş Prokurorluğa da şikayət edib və sona kimi mübarizə aparacaq:

''Günayın mənə borcu var və verməlidir. Günay mənə 225 min manat borcludur. Onunla aramızda müqavilə olub. Mən ona pul qoyurdum, pulu geri qaytarmaq zamanında Günay aradan çıxdı, zənglərimə cavab vermədi. Artıq 3 ildir məndən qaçır. Bu işin yüzlərlə şahidi var. Rəhman, Zümrüd Mirzəliyevadan başlayıb bu söhbət. Prodüserlər, anası gəlib ifadə verib. Günayın atası da qızının problemini bilir. Günay, atası, anası və mən notariusda birlikdə müqavilə bağlamışıq. Sadəcə, bu pullar rəsmi ödənilməyib. Bir mahnını almaq, ona klip çəkdirmək üçün hissə-hissə pullar ödəmişəm. Bəstəkar İsmayıl Əsədov, Samir, Elşad Xose yaxşı tanıyır məni. Rejissor Ülviyyə Könüllə Günaya klip çəkdirmişəm. Son 3 il yarıma qədər Günaya nə pul xərclənibsə mənim cibimdən gedib''.  

N.Əhmədova deyir ki, Günaya xərclədiyim pulları ödəmək vaxtı olduğunu deyəndən sonra qaçmağa başladı:

''Ovaxtkı prodüseri Toma xanımla işləyən vaxtı oturub hesabladıq ki, pulları ödəmək vaxtıdır. Bundan sonra Günay həmin Toma xanımı da ləğv etdi. Hansı prodüser başlayır ki, ödəniş etmək lazımdır, Günay onu ləğv edir. Özüm uşaq deyiləm, hüquqşünasam və sonacan gedəcəm. Günay gəlib məni tapıb. Mənim tekstil biznesim var, toy təşkilatçısı olmuşam, amma xeyriyyəçilik etməmişəm. Proyektimiz olub ki, özümüzə aid müğənnimiz olsun, yəni biznes məqsədi olub. Qazanmaq istəmişəm, amma alınmayıb, Günay aradan çıxıb''. 

''Bandotdel"də Günayla üzləşmişəm. Günay təkzib etmir, sadəcə, rəqəmlə razılaşmır. Deyir məbləğ o qədər deyil. Necə o qədər deyil? Bir mahnının kliplə birlikdə ərsəyə gəlməsi 20 min manatdır. 5 mahnı elədi 100 min. Məsələn, Qala qrupundan Ceyhun Əliyev hamı bilir ki, mahnının birini 5000 manata verir. Həmin mahnıya klipi də 5 minə çəkdirmişəm. Bu işlərin arxasında özüm getmişəm, iki prodüser olub bu işdə, Günay hara kimi qaçacaq? Günay kimə və nəyə arxalanır? Rəşada arxayındı? Çox nahaq yerə. Rəşada da sözümü demişəm. Rəşad dedi ki, mənlik deyil, sadəcə, Günayın dostuyam. Bu gün bilmirəm Günayın nəyidir, amma mənə dediyi söz belə olubdu. Bu gün haqlıyam, haqqımı istəyirəm''. 


Xəbərə aid fotolar