Ülvi Mehdiyev: "Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza"dan istifadə edə biləcəklər"


Digərləri 15 May 2018 10:47:00 337 0

Ülvi Mehdiyev: "Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza"dan istifadə edə biləcəklər"

Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, bu istiqamətdə fəal iş aparılır: "Biz həmin sistemi "ASAN Viza 2" adlandırmışıq və istəyirik ki, Azərbaycan vətəndaşları bu sistemdən istifadə edərək digər ölkələrin səfirliklərində viza ala bilsinlər. Texniki baxımdan proses aktiv şəkildə hazırlanır, lakin sistemin inteqrasiyası üçün səfirliklərlə danışıqlar aparmaq da lazımdır".