Azərbaycan məhsulları Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq


Digərləri 15 May 2018 10:48:00 330 0

Azərbaycan məhsulları Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "Sial China 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim ediləcək.