BANM-ın tələbələri SOCAR Polymer-də çalışacaqlar


Digərləri 15 May 2018 10:36:00 218 0

BANM-ın tələbələri SOCAR Polymer-də çalışacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları departamentinin əməkdaşları tərəfindən böyük təqdimat keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları departamentinin əməkdaşları tərəfindən böyük təqdimat keçirilib. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin 3-cü, 4-cü, 5-ci kurs və magistratura pilləsinin tələbələri, həmçinin SOCAR Polymer-in məsul əməkdaşları iştirak ediblər. Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə salamladıqdan sonra Socar Polymer layihəsinin Azərbaycanın neft-kimya sənayesində əvəzolunmaz rol oynayacağını bildirib. “Layihənin əsas məqsədi ölkənin kimya sənayesini gücləndirmək olduğunu nəzərə alaraq bu sahə üzrə dünya standartlarına cavab verən ixtisaslı kadr hazırlayan BANM ilə əməkdaşlıq daha məqsədəuyğundur” – deyə rektor qeyd edib. SOCAR Polymer-in maliyyə təhlilçisi Bart Joubert ilk öncə tələbələri salamlayaraq onlarla görüşündən məmnun olduğunu bildirib. Daha sonra o, şirkətin məqsədi, fəaliyyəti, burada görülmüş işlər, struktur və iş prinsipi haqqında geniş təqdimatla çıxış edib.