Almaniya türk futbolçuların Ərdoğanla görüşündən narazı qalıb


İdman 15 May 2018 10:26:00 320 0

Almaniya türk futbolçuların Ərdoğanla görüşündən narazı qalıb

Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindel ölkə millisinin türk əsilli futbolçuları Məsut Özil və İlkay Gündoğanın Böyük Britaniyada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən narazı qalıb.

Türk əsilli futbolçular görüş zamanı Türkiyə prezidenti ilə şəkil çəkdiriblər və ona futbol maykası hədiyyə ediblər.

Qurumun twitter səhifəsində bu hərəkətin doğru olmadığı ifadə olunub:

"Almaniya Futbol İttifaqı, sözsüz ki, oyunçularımızın mənşəyinə aid xüsusi mövqelərinə hörmətlə yanaşır. Lakin cənab Ərdoğan birliyin və ümumilikdə futbolun dəyərlərinə sadiq deyil. Məhz buna görə milli komandanın futbolçuları onun seçkiqabağı kampaniyasında iştirak etməməli idilər".