Nazirlik bələdiyyə sədrini 3000 manat cərimələdi


Digərləri 15 May 2018 10:14:00 207 0

Nazirlik bələdiyyə sədrini 3000 manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daha bir bələdiyyə sədrini cərimələyib. 

Nazilriyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Reyd zamanı Oğuz rayonu Sincan bələdiyyəsi ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.