Bütün taksitlər Milana aparır!


Digərləri 15 May 2018 10:11:00 196 0

Bütün taksitlər Milana aparır!

Kapital Bank BirKart müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir.

Bakı. Kapital Bank BirKart müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. Bank-dan Trend-ə verilən məlumata görə, 15 may – 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.