Qled TV bir toxunuşla idarə edilən smart TV


Digərləri 15 May 2018 10:00:00 289 0

Qled TV  bir toxunuşla idarə edilən smart TV

Mən əminliklə deyə bilərəm ki, yeni cihazların gəlişi ilə idarəetmə pultlarından baş çıxarmağa çətinlik çəkirəm. Ələlxüsus da evinizdə kabel və ya peyk televiziyası varsa. Bu halda bir filmə baxmaq üçün evdə olan bütün idarəetmə pultlarını yanınızda toplayırsınız. Sonra da filmin ən maraqlı yerində səsi ucaltmaq üçün təsadüfən yalnış pultdan istifadə edirsiniz və nəticədə görüntü harasa qəflətən yox olur. Boz ekranı gördükdə, əlbəttə, siz necə böyük bir səhv etdiyinizi anlamış olsanız da, artıq gec olur. Təəssüf içində televizorunuzu yenidən canlandıracaq o sehrli düyməni axtarırsınız. Fikrimcə, bir çoxumuz bu hal ilə rastlaşıb.

Samsung sizə bu narahatçılıqları keçmişdə qoyacaq Qled TV-ni təqdim edir. Yeni televizorlar nəyinki, keyfiyyətli təsvir ifadə etməyə qadirdirlər, həmçinin istifadə də çox rahat və asandırlar. İndi universal  One Remote Control pultu ilə televizora qoşulu istənilən cihazı asanlıqla idarə edin. Bu pult siqnal mənbəyini avtomatik təyin edərək, qoşulu cihazları bir göz qırpımında aktiv edir. Universal pult kanalları dəyişməklə yanaşı, DVD və Blu-ray pleyerlər kimi televizora qoşulu bir çox cihazı dəstəkləyir. Buna misal olaraq, fərz edin ki, siz pleyerlər və kabel televiziyası arasında asanlıqla keçid edə bilər və ya istədiyiniz anda divandan qalxmadan YouTube-a daxil olub, axtarış apara bilərsiniz. Ən əsası isə universallığına baxmayaraq, pultun istifadəsi olduqca sadə və anlaşılandır. Hətta adı belə sadədir "One" - "bir", bütün qoşulmaları idarə edən pult.