Kim nüvəsini sökür FOTO


Dünya 15 May 2018 10:02:00 265 0

Kim nüvəsini sökür  FOTO

Şimali Koreya Xalq-Demokratik Respublikasıın şimal-şərqindəki Phunqeri nüvə poliqonunun ərazisində qurğular və tikililər sökülməyə başlanıb.

Son.az 38north-a istinadən bildirir ki, bunu ABŞ-dakı Con Hopkins Universitetinin nəzdindəki tədqiqat qrupu bəyan edib.

Amerikalı ekspertlər mayın 7-də peyk vasitəsilə çəkilmiş fotoları təhlil edəndən sonra belə qənaətə gəliblər.

Poliqonda operativ təminatla bağlı bir neçə bina sökülüb. Bununla yanaşı, tunellərdən qruntun yığıldığı yerlərə aparan vaqonetka yollarındakı relslər də sökülür.

Eyni zamanda, ən önəmli obyektlər, hələ də, qalır, yeraltı nüvə sınaqları üçün nəzərdə tutulmuş tunellər də qapanmayıb.