"ASAN Viza" Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyətə başladı FOTO


Digərləri 15 May 2018 09:50:52 472 0

"ASAN Viza" Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyətə başladı  FOTO

Bu gündən "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Quraşdırılmış "ASAN Viza" özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş passportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

"ASAN Viza" portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.


Xəbərə aid fotolar