Azərbaycan Aİ-na üzv ölkələrin parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşündə təmsil olunub


İqtisadiyyat 15 May 2018 09:39:23 248 0

Azərbaycan Aİ-na üzv ölkələrin parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşündə təmsil olunub

Tədbirdə Azərbaycanı Bolqarıstandakı səfir Nərgiz Qurbanova təmsil edib.

Bolqarıstanın paytaxtı Sofiyada Avropa İttifaqına (Aİ) üzv ölkələrin parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşü keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycanı Bolqarıstandakı səfir Nərgiz Qurbanova təmsil edib.

O, Azərbaycanla Aİ arasında energetika sahəsində əməkdaşlıq, Azərbaycanın Avropaya enerji daşıyıcılarının nəqli ilə bağlı siyasəti,Cənub Qaz Dəhlizi daxil olmaqlaAzərbaycanın iştirak etdiyi digər enerji layihələrinin önəmi barədə danışıb.

Bundan başqa tədbirdə Avropanın enerji təhlükəsizliyi və Avropa Enerji Birliyinin mexanizmləri də müzakirə olunub.