Kiyevdə reyd zamanı 20 azərbaycanlı miqrant


Dünya 15 May 2018 08:58:00 207 0

Kiyevdə reyd zamanı 20 azərbaycanlı miqrant

Onların Ukraynadan deportasiya edilməsi məsələsinə baxılır

Ukrayna polisinin gömrük xidməti əməkdaşları ilə birgə Kiyevdə apardığı reyd zamanı "Troeşina" bazarı yaxınlığındakı hosteldə yaşayan 32 qanunsuz miqrant saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var.

Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən dilib.


Xəbərə aid video


Xəbərə aid fotolar