Nokia Xın xüsusiyyətləri məlum olub


Digərləri 15 May 2018 08:31:00 266 0

Nokia Xın  xüsusiyyətləri məlum olub

Finlandiyanın "Nokia" brendli smartfonların buraxılışı ilə məşğul olan "HMD Global" şirkəti tezliklə qabaqcıl "Nokia X" (Nokia X6) smartfonunu nümayiş etdirəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, Çinin "TENAA" Sertifikasiya Agentliyinin saytında dərc edilən sənədə görə, "Nokia X" smartfonu takt tezliyi "Snapdragon 636" prosessoruna uyğun prosessorla təchiz ediləcək. Smartfon "Nokia 6" (2018-ci ildə buraxılan və zəif Snapdragon 630 prosessoru ilə təchiz edilən) və "Nokia 7 plus" (Snapdragon 660) modellərinin texniki xüsusiyyətlərini özündə birləşdirəcək.

Agentliyin məlumatına görə, "Nokia X" bir neçə versiyada buraxılacaq. Belə ki, alıcılara 3,4 və ya 6 giqabayt tutumlu operativ yaddaşa malik modellər təklif olunacaq. Quraşdırılmış yaddaş 32 və ya 64 giqabayta bərabər olacaq. Ekranın diaqonalı 5,8 düym, tərəflərinin nisbəti 19:9, təsvir ölçüsü isə 2280x1080 piksel təşkil edəcək. Qurğu qabaritlərinə görə "Nokia 6" (2018) modelinə oxşar (147,2x71x8 millimetr) olacaq.