Sabunçuda 8 otaqlı ev yanıb


Digərləri 15 May 2018 08:23:00 273 0

Sabunçuda 8 otaqlı ev yanıb

Bakının Sabunçu rayonunda ev yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 192 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.