Elon Maskın tunel tikintisində son durum


Digərləri 15 May 2018 08:25:00 249 0

Elon Maskın tunel tikintisində son durum

Los Ancelesdə yüksək sürətli elektroavtobus üçün tunelin tikintisi başa çatmaq üzrədir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə layihəni həyata keçirən "Boring Company"nin rəhbəri Elon Mask "Instagram"da məlumat verib.

"Los Ancelesin altında "Boring Company"nin ilk tuneli demək olar ki, hazırdır. Tənzimləyici orqanların yekun təsdiqindən sonra biz bir neçə ay sonra test xarakterli ilk səfərlərə başlayırıq", - deyə E. Mask yazıb. O qeyd edib ki, sistem normal rejimdə fəaliyyətə başladıqdan sonra prioritet piyadalara və velosipedçilərə veriləcək. Gediş qiyməti avtobus biletindən ucuz olacaq.