İpoteka ilə mənzil almaq daha da asanlaşdı


Digərləri 15 May 2018 08:22:39 231 0

İpoteka ilə mənzil almaq daha da asanlaşdı

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib.

Bakı. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilir.