NASA Marsa kiçik helikopter göndərəcək


Digərləri 15 May 2018 08:15:00 251 0

NASA Marsa kiçik helikopter göndərəcək

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsi - NASA Marsın araşdırılması çərçivəsində qırmızı planetə 2020-ci ildə kiçik helikopter göndərmək niyyətindədir.

Son.az lent.az-a istinadən xəbər verir ki, helikopter başqa planetin atmosferində uçuş imkanlarını sınaqdan keçirəcək.

"Mars Helicopter" Yerdəki mütəxəssislər tərəfindən idarə olunacaq. Helikopter adlandırılmasına baxmayaraq, o, əslində ənənəvi helikopterlərdən fərqli olacaq və daha çox kopterə bənzəyəcək. Aparatın çəkisi 1,8 kq, ölçüsü isə beysbol topundan bir az böyük olacaq.