IBM əməkdaşlarına fləş kartı yasaqladı


Digərləri 15 May 2018 08:01:00 255 0

IBM əməkdaşlarına fləş kartı yasaqladı

"IBM" şirkəti öz əməkdaşlarına çıxarılıb taxılan daşıyıcılardan (fləş kart, SD kartlar və sairə) istifadəni qadağan edib.   Son.az ICTnews-a istinadən bildirir ki, yenilik artıq "IBM"-in ayrı-ayrı bölmələrində sınaqdan keçirilib. İndi isə şirkətin bütün dünya üzrə fəaliyyət göstərən nümayəndəliklərində tətbiq ediləcək.   Qadağa itirilmiş və ya qanunsuz olaraq istifadə edilmiş cihazlara görə mümkün maliyyə itkilərini minimuma endirmək zərurəti ilə izah edilir. Əvəzində əməkdaşlara "bulud" xidmətlərindən istifadə tövsiyə edilib.