CAR Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb


Dünya 15 May 2018 08:08:00 268 0

CAR Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb

Ölkə hökuməti İsrail ordusunun Qəzza zolağında törətdiyi sərt zorakılıq aktını qəti şəkildə pisləyib

Cənubi Afrika Respublikası bu gün Qəzzada 59 fələstinlinin ölümü ilə nəticələnən hadisələrdən sonra İsraildəki səfirini geri çağırmaq qərarına gəlib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "News24" portalı yazıb.

"Cənubi Afrika hökuməti İsrailin son hücumlarının qeyri-müəyyənliyini və ciddiliyini nəzərə alaraq, səfir Sis Nqombaneni növbəti göstərişlərə qədər dərhal geri çağırmaq qərarına gəldik", - deyə ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinin nümayəndəsi Nvidhuvo Mabaya bildirib.