Alimlər kağızdan ən möhkəm material hazırlayıblar


Digərləri 15 May 2018 07:31:00 266 0

Alimlər kağızdan ən möhkəm material hazırlayıblar

Bəşəriyyət artıq bir neçə min ildir kağızdan istifadə edir və bu vaxt ərzində o, həyatımızın bütün sahələrində geniş tətbiq edilib. Amma alimlər həmişə məşhur  əşyalara yeni nöqteyi-nəzərdən baxmağa çalışırlar. "EurekAlert!" nəşri yazır ki, alimlər qrupu tərəfindən adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.

Son.az ICTnews-a istinadən bildirir ki, İsveç Kral Texnologiya İnstitutu  və ABŞ Kimya Cəmiyyətinin  əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər: nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər. Bir sözlə, hissəciklərin ölçüləri cüzi böyüdülüb.